115 minə yaxın insan dağıntıdan sağ çıxarılıb - Ərdoğan

 19:31 20.02.2023     366

Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə işləri başa çatmaq üzrədir.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda keçirdiyi mətbuat konfransında bildirib.

Prezident qeyd edib ki, zəlzələdə həlak olan 41 156 nəfər dəfn edilib. Bundan əlavə, Ərdoğan 114 834 nəfərin dağıntılar altından sağ çıxarıldığını diqqətə çatdırıb.