Türkiyədə baş verən zəlzələ dörd ölkədə hiss olundu
Türkiyənin Antakya şəhərində baş verən zəlzələ Livan, Suriya, Kipr və İsraildə də hiss olunub.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar 400 kilometrdən çox məsafədə Livan, Suriya, Kipr, Suriya və İsraildə təxminən 30 milyon insan tərəfindən hiss edilib.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ olub. Saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib.