Qətliam kimi qəza: 17 ölü, 13 yaralı
Meksikanın Oaxaca və Puebla ştatları arasında azı 45 qeyri-qanuni mühaciri daşıyan sərnişin avtobusu aşıb.
Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, qeyri-qanuni mühacirləri daşıyan sərnişin avtobusunun aşması nəticəsində 17 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb.
Səlahiyyətlilər qəzanın yük maşınının avtobusa arxadan çırpılması nəticəsində baş verdiyini açıqlasa da, qəzadan sonra yük maşınının hadisə yerindən qaçdığı bildirilib.
Məlumatda o da qeyd olunub ki, qəzadan xəsarət almadan sağ çıxan mühacirlər səlahiyyətlilər tərəfindən tutulmamaq üçün hadisə yerindən qaçıblar.
Həmidə İbrahimova