Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

 10:41 21.02.2023     260

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı sanksiyaların 2024-cü il fevralın 24-dək uzadılmasını təsdiqləyib.

Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının rəsmi jurnalı verib.

"Məhdudedici tədbirlər 2024-cü il fevralın 24-dək uzadılmalıdır", - deyə jurnalın bəyanatında deyilir.

Məlumata görə, sanksiyaların uzadılması barədə qərar Aİ-nin rəsmi jurnalında dərc edildikdən bir gün sonra qüvvəyə minir.

Hazırda Aİ-nin Rusiyaya qarşı sanksiyaları 1386 fiziki şəxsə və 171 təşkilata tətbiq olunub.

Həmidə İbrahimova