Bu ölkə okeana radioaktiv su tökəcək
Yaponiya Hökuməti “Fukusima-1” Atom Elektrik Stansiyasından suyun okeana axıdılmasına icazə verib.
Redaktor.az RBC-ya istinadən xəbər verir ki, 2011-ci ilin martında Yaponiyanın Şərq sahillərində yerləşən “Fukusima-1” AES-də sunami səbəbindən qəza baş verib.
O vaxtdan bu ərazidə çoxlu miqyasda radiasiya ilə çirklənmiş su yığılıb. 1 milyon kubmetrdən çox radioaktiv mayeni saxlamaq üçün isə 1000-dən çox çən tikilib.
Tokio Elektrik Enerjisi Şirkəti bu yaxınlarda bu suyu quruda saxlamaq üçün yer olmadığını bəyan edib. Bundan əlavə zəlzələ və ya tayfun zamanı çənləri sızması və ya qopma riski var. Avstraliyalı ekoloq Cim Smit bunun ən yaxşı həll yolu olduğunu düşünür.
Arzu İsmayıl