Japarov eks-prezidenti HƏDƏLƏDİ

 11:50 21.02.2023     287

Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyev vətəninə qayıdacağı təqdirdə həbs olunacaq.

Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın hazırkı prezidenti Sadır Japarov  bildirib.

"Bakiyevlə bağlı məhkəmə qərarı var. O, geri qayıdarsa, həbsə alınacaq. Biz məhkəmə qərarlarına tabe olmalıyıq", deyə Japarov deyib.

Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyev 2010-cu il aprelin 7-də Bişkek şəhərinin mərkəzində müxalifətin nümayişlərindən sonra hakimiyyəti itirib və ölkədən qaçıb.

Həmidə İbrahimova