Baydenin Ukrayna siyasəti Üçüncü Dünya Müharibəsinə səbəb olacaq - Tramp

 13:55 21.02.2023     316

"Co Baydenin Ukrayna ilə bağlı siyasəti ilə bəşəriyyəti üçüncü dünya müharibəsinə sövq ede bilər".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu fikri Amerikanın keçmiş lideri Donald Tramp deyib.

O, özünün "Truth" social səhifə səhifəsində yazıb: “ Əgər siz Baydenin Ukrayna ilə bağlı atdığı addımları izləsəniz, onun sistematik, bəlkə də şüursuz şəkildə bizi tezliklə üçüncü dünya müharibəsinə sövq edir. Bu dəlilik deyilmi?”

Floridada keçirilən mitinqdə çıxış zamanı Tramp  Amerika administrasiyasının rəhbəri vəzifəsinə yenidən seçiləcəyi təqdirdə dərhal Rusiya lideri Vladimir Putin ve Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng vuracağını və bu vəziyyəti həll etmək üçün görüş təşkil edəcəyini bildirib.

Arzu İsmayıl