KTMT-nin keçmiş baş katibnin oğlu Ermənistanda saxlanıldı - FOTO
Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu, general-mayor Qriqori Xaçaturov çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılıb.
Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun məlumatında deyilir.
Məlumata görə, Xaçaturov xüsusilə külli miqdarda qeyri-qanuni əldə edilmiş daşınmaz əmlakın leqallaşdırılması, çirkli pulların yuyulması ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində saxlanılıb.
Xaçaturovun həbsi ilə bağlı məhkəməyə vəsatət göndərilib.
Baş prokurorun sözlərinə görə, dövlətə təxminən 5,9 milyard dram (14,9 milyon dollar) məbləğində ziyan dəyib.
Həmidə İbrahimova