İtaliyanın Baş naziri Kiyevə getdi
İtaliyanın Baş naziri Corciya Meloni Ukraynanın paytaxtı Kiyev şəhərində səfərdədir.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Prezident Volodimir Zelenski ilə görüşəcək.
Baş nazirin Buça və İrpen şəhərlərinə gedəcəyi gözlənilir.
Qeyd edək ki, bu, C.Meloninin Ukraynaya ilk səfəridir.
Xatırladaq ki, fevralın 20-də ABŞ Prezidenti Cozef Bayden Kiyevdə səfərdə olub.