Ərdoğan yenidən zəlzələ bölgəsinə getdi

 15:02 21.02.2023     297

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə baş verən güclü zəlzələdən əziyyət çəkən bölgələrdəki vəziyyətlə tanış olmaq üçün Osmaniyeyə yollanıb.

Redaktor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğanı bu səfərdə ölkənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı da müşayiət edir. 

Ərdoğan Osmaniyedən sonra Qaziantepin Murdağı və İslahiye bölgələrinə səfər edəcək.