"Allah onlara rəhmət eləsin, nə istəyirlər etsinlər” - Putindən Qərbə əxlaq DƏRSİ

 15:25 21.02.2023     321

Dövlət şəxsi həyatına müdaxilə etmək niyyətində deyil, amma ailə qadın və kişi birliyidir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.

“Heç kim şəxsi həyata müdaxilə etmir və biz bunu etməyəcəyik. Amma mən onlara (Qərbə - red.) demək istəyirəm: Baxın, bağışlayın, Müqəddəs Yazılar, bütün digər dünya dinlərinin əsas kitabları - orada hər şey deyilir, o cümlədən ailənin kişi və qadın birliyi olması. Amma bu müqəddəs mətnlər indi sorğu-sual olunur”, - prezident bildirib.

Bununla yanaşı, Putin vurğulayıb ki, Qərb Rusiyaya qarşı “daha ​​aqressiv informasiya hücumları” həyata keçirir. "İlk növbədə, təbii ki, gənclər, gənc nəsillər hədəf seçilir və burada yenə də daim yalan danışır, tarixi faktları təhrif edir, mədəniyyətimizə, Rus Pravoslav Kilsəsinə və ölkəmizin digər ənənəvi dini qurumlarına qarşı hücumlar dayandırılmır” - dövlət başçısı deyib.

“Görün öz xalqlarına nə edirlər - ailənin, mədəni və milli mənsubiyyətin məhv edilməsi, azğınlıq, uşaqlara qarşı zorakılıq, pedofiliyaya qədər, onların norması - həyat norması elan edilir. Ruhanilər, keşişlər eynicinsli nikahlara xeyir-dua verməyə məcburdurlar. Allah onlara rəhmət eləsin, nə istəyirlər etsinlər”, - Putin əlavə edib.

Turan İSMAYIL