Türkiyədə zəlzələ zamanı müşahidə olunan işığa aydınlıq gətirildi - FOTO

 16:35 21.02.2023     321

Türkiyədə baş vermiş zəlzələ zamanı parlaq işıq müşahidə edilməsinə aydınlıq gətirilib.

Redaktor.az xəbər verir ki, Türkiyənin Rabitə Nazirliyindən verilən açıqlamaya görə, bununla bağlı sosial şəbəkələrdə bir sıra dezinformasiyalar yayılıb və bəzi şəxslər bu işıqların zəlzələ yaradan sistemin göstəricisi olduğunu iddia ediblər.

"Zəlzələni yaradan enerji süxurlarını təşkil edən bəzi minerallar elektrik xüsusiyyətlərinin dəyişməsinə səbəb olur. Seysmik kəmərdə hərəkətin başlaması ilə yığılmış enerji sərbəst buraxılır ki, bu zaman bir tərəfdən təkan yaranır, digər tərəfdən elektrik xüsusiyyətlərinin dəyişməsi parlaq işıltılara səbəb olur. Zəlzələ zamanı müşahidə edilən bu işıqlar süxurlardakı minerallarla əlaqədar olaraq müəyyən şəraitdə ortaya çıxır. Həmin işıqlar yerdən 200 metr yüksəkliyə çata bilir və bəzi hallarda ildırım kimi görünür. Mavi alova və işıq kütlələrinə bənzəyən zəlzələ işıqları göründükdən qısa müddət sonra itir. Bu işıqlar zəlzələdən sonra deyil, zəlzələ zamanı müşahidə olunur" - deyə qeyd edib.

Türkiyədə zəlzələ zamanı müşahidə olunan işığa aydınlıq gətirilibTürkiyədə zəlzələ zamanı müşahidə olunan işığa aydınlıq gətirilib