Putin Rusiya aerodromlarına hücum edən PUA-lardan danışdı
Kiyevin Rusiya strateji aviasiyasına zərbə endirmək cəhdlərində Qərb birbaşa iştirak edir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
“Biz bilirik ki, Kiyev rejiminin strateji aviasiyamıza zərbə endirmək cəhdlərində Qərb bilavasitə iştirak edir, bunun üçün istifadə olunan pilotsuz təyyarələr (PUA) NATO mütəxəssislərinin köməyi ilə təchiz edilib və modernləşdirilib”, - o deyib.
Turan İSMAYIL