Rusiya Baydenin Kiyevə səfərinə təhlükəsizlik zəmanəti verməyibmiş - Sallivan
"ABŞ Prezident Co Baydenin Ukraynaya gözlənilən səfəri barədə Rusiyanı xəbərdar etdi, Moskva bildirişin alındığını təsdiqlədi, lakin təhlükəsizlik təminatlarından söhbət getmədi".
Redaktor.az xəbər verir ki, bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan "Vaşinqton Post"a bildirib.
“Onlar cavab vermədilər, yalnız bildirişin alındığını etiraf etdilər. Biz onu təhvil verdik, onlar bildirişi qəbul etdilər və nöqtə” - o deyib.
Qeyd edək ki, bundan əvvəl Sallivan bildirmişdi ki, ABŞ Baydenin Kiyevə səfəri barədə Rusiya Federasiyasını əvvəlcədən xəbərdar edib.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden fevralın 20-də gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə gəlib və Prezident Volodimir Zelenski ilə görüş keçirib.
Turan İSMAYIL