Rumıniya hökuməti Buxarestdəki “Rusiya evi”ni bağladı

 17:48 21.02.2023     431

Rumıniya hakimiyyəti Buxarestdə “Rus evi” kimi tanınan Rusiya Mədəniyyət və Elm Mərkəzinin işini dayandırmaq qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiyanın Rumıniyadakı səfiri Valeri Kuzmin çərşənbə axşamı ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona qərarla bağlı məlumat verilib.

Rumıniya Xarici İşlər Nazirliyi iddia edir ki, mərkəz tarixi həqiqətin Rumıniya ictimai rəyi səviyyəsində təhrif edilməsinə yönəlmiş hərəkətlərdə qəsdən iştirak edib.

Bəyanatda o da qeyd edilir ki, bu cür hərəkətlər Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasından sonra dövrdə intensivləşib .

Tunar Altunbay