Türkiyədə zəlzələdə ölənlərin sayı daha da artdı

 18:19 21.02.2023     471

Türkiyədə zəlzələdə ölənlərin sayı 42 310 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ bölgəsindən indiyədək 448 018 Türkiyə vətəndaşı təxliyə olunub.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.