384 saat sonra möcüzə...  - 90 yaşlı qadın və oğlu xilas edildi

 19:05 21.02.2023     440

6 fevralda Türkiyədə baş verən zəlzələnin 384-cü saatında 90 yaşlı qadın və onun 70 yaşlı oğlu xilas edilib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, 11-ci mərtəbə yaşayan 70 yaşlı Hanifi Akgün və 90 yaşlı anası Güllü Akgün yanğınsöndürənlər tərəfindən xilas olunub.

Xilasetmə tədbirlərindən sonra ana və oğul xəstəxanaya yerləşdirilib.

Zəlzələdən keçən 2 həftə ərzində müəllim olan oğul çətin şərait olsa da, anasının sağlamlığının qeydinə qalmağa çalışıb.