Bayden Polşadan Putinə cavab verəcək?

 19:18 21.02.2023     457

ABŞ administrasiyası bu axşam Polşada çıxışı zamanı Ukrayna ətrafındakı vəziyyətə toxunacaq ABŞ Prezidenti Co Baydenin çıxışını Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə göndərdiyi mesaja cavab kimi qiymətləndirmir.

Redaktor.az xəbər verir ki, bu barədə Baydeni səfərdə müşayiət edən Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CNN-ə bildirib.

"Biz bu çıxışı cavab olaraq planlaşdırmadıq. Bu, heç kimlə ritorik rəqabət deyil".

Telekanalın məlumatına görə, Bayden çıxışında Ukraynaya dəstəkdən danışacaq və Rusiyanın Ukraynadakı hərəkətlərini tənqid edəcək. "Prezidentin açıqlamaları daha çox şeylə bağlı olacaq. Biz bu vaxtı seçdik, bu tarixi seçdik, ona görə deyil ki, prezident Putin bu gün danışır", - Sullivan deyib.

Onun sözlərinə görə, Moskvanın Ukrayna və ya başqası tərəfindən təhdid edildiyi barədə təsəvvürləri “bir qədər absurddur”.

Turan İSMAYIL