Rusiya buna görə ABŞ-a əvvəlcədən xəbərdarlıq etməyib - Peskov AÇIQLADI

 19:43 21.02.2023     348

Amerika Birləşmiş Ştatları Rusiya Federasiyasının Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində (START) iştirakını dayandırmaq qərarını Rusiya Rrezidenti Vladimir Putinin Federal Məclisə göndərdiyi mesajdan öyrənib.

Redaktor.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü Moskvanın Vaşinqtonu Putinin fevralın 21-də belə bir qərar verəcəyi ilə bağlı əvvəlcədən xəbərdar edib-etməməsi ilə bağlı sualına “Xeyr” cavabını verib.

Xatırladaq ki, prezident Vladimir Putin bu gün Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində iştirakını dayandırdığını bəyan edib.

Turan İSMAYIL