Ukraynada Regionlar Partiyası qadağan edildi
Ukraynada keçmiş prezident Viktor Yanukoviçin 2003-2010-cu illərdə rəhbərlik etdiyi Regionlar Partiyasının fəaliyyəti rəsmən qadağan olundu.
Redaktor.az xəbər verir ki, müvafiq qərar çərşənbə axşamı, fevralın 21-də Səkkizinci İnzibati Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilib.
“21 fevral 2023-cü il tarixində Səkkizinci İnzibati Apellyasiya Məhkəməsinin hakimlər kollegiyası “Regionlar Partiyası” siyasi partiyanın fəaliyyətinin qadağan edilməsi ilə bağlı P/857/1/23 saylı inzibati işə baxılmasını başa çatdırıb”,- məlumatda deyilir.
Nəşr qeyd edir ki, qadağanın təşəbbüskarı Ukrayna Ədliyyə Nazirliyi olub.
Həmçinin məhkəmə hökmü çərçivəsində partiyanın əmlakı, vəsaitləri , habelə vilayət, şəhər, rayon təşkilatlarının, digər strukturlarının aktivləri Ukraynanın dövlət mülkiyyətinə keçir.
Tunar Altunbay