Urmiyalı deputat parlamentdə İran hökumətini sərt tənqid etdi - VİDEO

 20:44 21.02.2023     331

İran parlamentinin Urmiyadan seçilmiş deputatı Ruhullah Həzrətpur bu gün parlamentdə çıxışı zamanı İran hökumətini sərt tənqid edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat yayıb.

O, çıxışının davamında “düşmən hökuməti daxildən vuran və bir sıra fırıldaqçı, dələduzlardır” deyə, “düşmən, xalqa avtomobil istehsalçısı adı altında ölüm tabutlarını sırayandır” deyib.

Urmiyalı millət vəkili habelə işçilərin, məmurların və təqaüdçülərin maaşlarının artırılması ilə bağlı hökumətin naz edib, ərköyün tərpənməsini də qınayıb.

Tunar Altunbay