Türkiyədə yenə zəlzələ oldu
Türkiyənin Hatay bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib.
Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 20:06-da Hatayın Samandağ rayonunda baş verib.
Zəlzələnin yerin 7 kilometr dərinliyində baş verdiyi qeyd olunub.