Kahramanmaraşdan 122 min insan təxliyə edilib

 21:23 21.02.2023     306

6 fevral tarixində Türkiyədə baş verən zəlzələdən sonra Kahramanmaraşdan 122 min insan təxliyə edilib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəhəri tərk etmək istəyənlər üçün nazirliklərin koordinasiyası ilə pulsuz avtobus xidmətləri təşkil edilib.

Qeyd edək ki, ərazidə 10 min 174 binanın ciddi ziyan gördüyü müəyyən edilib. Həmçinin, 2 min 412 binanın uçma təhlükəsi səbəbindən təcili sökülməsi qərarı verilib.