Putinin Baydenlə təması planlaşdırılmır - Peskov

 23:54 21.02.2023     659

Vladimir Putinin ABŞ prezidenti Co Baydenlə hər hansı təması planlaşdırılmır.

Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

O əlavə edib ki, Ukrayna münaqişəsi başlayandan tərəflər arasında heç bir kontakt olmayıb.