Braziliyada güclü yağışlar 44 can aldı

 23:15 21.02.2023     219

Braziliyanın San-Paulu ştatının şimal sahillərində yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Folha de S.Paulo” qəzeti məlumat yayıb.

Bir çox ərazilərdə su və elektrik enerjisi kəsilib, mobil rabitə işləmir.

Yağışların fəsadları ilə mübarizəyə hərbçilər də cəlb olunub.

Son gün ərzində əraziyə bir aylıq yağıntı norması düşüb. Təbii hadisə çoxsaylı daşqın və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub.