Qara dənizdə yük gəmisi ortadan iki yerə bölündü - VİDEO

 23:28 21.02.2023     243

Komor adaları bayrağı altında Rusiya Federasiyasına üzən “Seamark” quru yük gəmisi Qara dənizdə Tsemess buxtasında batıb. İlkin məlumata görə, gəmi fırtına səbəbindən qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Rosmorreçflot”un (RF Dəniz və Çay Nəqliyyatı Federal Agentliyi) Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə ilə bağlı yayılan görüntülərdə gəminin iki yerə bölündüyü görünür.

Gəmidə olan 11 heyət üzvü xilas edilib.