BMT-dən ABŞ və Rusiyaya təcili ÇAĞIRIŞ
Rusiya və ABŞ Strateji Silahların Azaldılması Müqaviləsinin (START) icrasına qayıtmalıdır.
Redaktor.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
"Baş katibin mövqeyi həmişə aydındır: ABŞ və Rusiya təxirə salınmadan START-nın tam icrasını bərpa etməlidir", - deyə Düjarrik vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq birliyin təhlükəsizliyi bundan asılıdır.
Qeyd edək ki, bu gün prezident Vladimir Putin Federal Məclisə müraciətində Rusiyanın START müqaviləsində iştirakını dayandırdığını açıqlayıb.