Moskvanın mərkəzində güclü yanğın: 7 ölü, 11 yaralı

 10:23 22.02.2023     426

Moskvanın mərkəzində 16 mərtəbəli binada yanğın baş verib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, otel və mənzillərin yerləşdiyi binada baş verən yanğında ölənlərin sayı 7 nəfərə çatıb, daha 11 nəfər yaralanıb.

Məlumata görə, yanğınsöndürənlər 50 nəfəri xilas edib, 200 nəfəri isə təxliyyə edib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən