Rusların Ukraynada canlı itkisi 145 mini keçdi - FOTO

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 145060 (+620) nəfər canlı qüvvəsi, 3334 (+8) tank, 6569 (+7) ədəd zirehli döyüş maşını, 2345 (+1) ədəd artileriya sistemi, 466 (+0) reaktiv yaylım atəşi sistemi, 234 (+0) hava hücumundan müdafiə sistemi, 298 (+0) təyyarə, 286 (+0) helikopter, 2025 (+3) PUA, 873 (+2) qanadlı raket, 18 (+0) gəmi, 5212 (+2) avtomobil texnikası və avtosistern, 224 (+1) xüsusi texnikası məhv edilib.
Tunar Altunbay