Hakerlər Rusiya radio kanallarında saxta məlumatlar yerləşdirdi

 11:28 22.02.2023     305

"Rusiyanın bəzi özəl radio kanalların efirində bir sıra regionlarda hava hücumu xəbərdarlığı və raket zərbəsi təhlükəsi barədə həyacan siqnallarının çalınması ilə bağlı səsləndirilən məlumatlar saxtadır".

Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

“Ölkənin bəzi regionlarında bir sıra kommersiya radiostansiyalarının serverlərinə haker hücumu nəticəsində guya hava hücumu xəbərdarlığı və raket hücumu təhlükəsi barədə məlumat efirdə yayımlanıb. FHN Rusiya Federasiyası bildirir ki, bu məlumat saxtadır və reallığa uyğun gəlmir”, - deyə məlumatda deyilir.

Həmidə İbrahimova