Çin Rusiya ilə Qərbə qarşı ittifaq qurur?

 11:16 22.02.2023     208

 Çin Xarici İşlər Nazirliyi Rusiya ilə əsas razılaşmanı açıqlayıb.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin internet saytında dərc olunmuş bəyanatda Moskva və Pekin birtərəfli hədə-qorxuların istənilən formasına birgə qarşı çıxmaq və çoxqütblü dünyanın inkişafına kömək etmək barədə razılığa gəlindyi bildirilir.

Fevralın 21-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Yanla  və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşündə bu barədə razılıq əldə edilib.

Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, Moskva və Pekin Asiya-Sakit okean regionunda sülh və sabitliyə, soyuq müharibə düşüncəsindən imtinaya, qrup qarşıdurmasına və ideoloji qarşıdurmaya qətiyyətlə dəstək vermək barədə razılığa gəliblər. Hər iki tərəf Ukrayna məsələsi ilə bağlı da fikir mübadiləsi aparıb.

Bununla belə, Qərb elitasının Rusiyanı dəstəklədiyinə görə fəal şəkildə tənqid etməsinə baxmayaraq, Çin  ticarəti artırır, hərbi təlimlər keçirilir, iki ölkə arasında əlaqələri möhkəmlədir.

Van Yan ve Rusiya xarici işlər naziri Sergey Lavrovla byu gün görüşü gözlənilir.

Arzu İsmayıl