Bu ölkə İran səfirliyinin iki əməkdaşını qovdu
Almaniya hökuməti İranın Berlindəki səfirliyinin iki əməkdaşını “persona non-qrata” (arzuolunmaz şəxs) elan edib.
Redaktor.az xəbər verir ki, məlumatı Türkiyə KİV-I yayıb.
Onların casusluq fəaliyyəti ilə məşğul olduqları ehtimal edilir.
Məlumata görə, Almaniyanın xarici işlər naziri Annalena Berbok İranın iranəsilli Almaniya vətəndaşı Cəmşid Şarmehdin barəsində edam hökmu çıxarılmasını tənqid edib: "Almaniya hökuməti İran səfirliyinin 2 əməkdaşını “persona non-qrata” elan etdi. Onlara Almaniyanı tərk etmələri üçün qısa müddət verilib”.