Zelenski daha bir ölkəyə səfər edəcək
Ukrayna prezidenti Volodimir Zelenski 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitində şəxsən iştirak etməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın Litvadakı səfiri Petr Beşta məlumat verib.
"Bu, bizim planımızdır", - deyə diplomat Zelenskinin səfəri ilə bağlı sualı cavablandırarkən bildirib.
Qeyd edək ki, iyulun 11-12-də Vilnüsdə NATO liderlərinin sammiti keçiriləcək. Sammitdə ABŞ prezidenti Co Bayden də daxil olmaqla təşkilatın əksər liderləri şəxsən iştirak edəcək.