Ukraynada 10 "Vaqnerçi" məhv edildi - Biri əsir götürüldü -VİDEO

 14:45 22.02.2023     319

Ukrayna sərhədçiləri Baxmut yaxınlığındakı 10 işğalçını mühasirəyə alıb məhv ediblər və bir "Vaqner"çini əsir alıblar.

Redaktor.az UNİAN-a istinadla bildirir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

"Sərhədçilər düşmənin Baxmut yaxınlığındakı qalaya hücumunu dəf ediblər. Nəticədə 10 işğalçı məhv edilib, 1 "Vaqner"çi əsir götürülüb", - məlumatda qeyd edilib.

Əsir götürülən işğalçının videosu yayılıb.

"Vaqnerçi" Ukrayna sərhədçilərinə könüllü təslim olub.

Tunar Altunbay