Ukrayna taxılla bağlı Türkiyə və BMT-yə təklif göndərəcək

 14:57 22.02.2023     377

Ukrayna hökuməti bu həftə Türkiyə və BMT-yə taxıl müqaviləsini ən azı bir il uzatmağı təklif edəcək.

Redaktor.az xəbər verir ki, bunu çərşənbə günü "Reuters"ə müsahibəsində Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov deyib.

“Bu həftə biz bu uzadılma üzərində işləmək zərurəti ilə bağlı rəsmi təklif edəcəyik” - o, bildirib.

“Biz 120 gün deyil, ən azı bir il uzadılmasını tələb edəcəyik, çünki Ukrayna və qlobal kənd təsərrüfatı bazarları uzunmüddətli perspektivdə bu ixrac həcmləri planlaşdıra bilməlidir”- deyə Yaskov əlavə edib.

Nazir müavini sövdələşmənin uzadılması ilə bağlı danışıqların vaxtının hələ müəyyən edilmədiyini də qeyd edib.

Turan İSMAYIL