"İran rejimi insan haqlarına məhəl qoymur” - Almaniya kansleri

 15:50 22.02.2023     278

“İran rejimi öz xalqı ilə mübarizə aparır və insan haqlarına məhəl qoymur”.

Redaktor.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts tviterdə yazıb.

O bildirib ki, İran hakimiyyətinin Almaniya vətəndaşı Cəmşid Şarmehdin barəsində çıxardığı ölüm hökmü qəbuledilməzdir:

“Biz bunu ən kəskin şəkildə pisləyir və İran rejimini hökmü ləğv etməyə çağırırıq”.