Çində kömür mədənində faciə: 57 nəfər itkin düşdü

 15:59 22.02.2023     293

Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində kömür mədənində qəza baş verib.

Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilir ki, faciə nəticəsində azı 57 fəhlə itkin düşüb.

Hadisə Alaşan vilayətində baş verib. 200-ə yaxın xilasedici və digər təcili yardım xidmətlərinin nümayəndələri hadisə yerinə gəliblər. Xilasetmə əməliyyatı davam edir.

Tunar Altunbay