ABŞ-ın Londondakı səfirliyində həyəcan siqnalı ÇALINDI

 16:40 22.02.2023     321

ABŞ-ın Londondakı səfirliyi həyəcan siqnalı işə düşüb.

Redaktor.az  "Daily Mirror"a istinadən bildirir ki, həyəcan siqnalı diplomatik nümayəndəliyin yaxınlığında şübhəli əşya aşkar edildikdən sonra elan edilib.
Hadisə ilə əlaqədar çərşənbə günü Birləşmiş Ştatların Londondakı səfirliyində xəbərdarlıq edilib və diplomatik obyektə gələnlərə pəncərələrə yaxınlaşmamaq əmri verilib.

Bəzi istifadəçilər binanın içərisində mərtəbədə oturan ziyarətçilərin fotolarını yayıblar.

Nəşr ABŞ səfirliyinin yaxınlığında yaşayan şəxslərdən biri ilə danışıb. O, bildirib ki, binanın ətrafında itlərlə silahlı polis əməkdaşları keşik çəkir.

Skotland Yard hadisədən xəbərdar olduqlarını təsdiqləsə də, təfərrüatları açıqlamayıb.

Nəşrin məlumatına görə, həyəcan siqnalının yalan olduğu müəyyən edilib.

Tunar Altunbay