Putin Çinin XİN rəhbəri ilə GÖRÜŞDÜ
Rusiya Prezidenti Vladimir Putin Çinin baş diplomatı Vanq Yi ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məluamt yayıb.
Görüş zamanı Vanq Yi Rusiya-Çin münasibətlərinin Qərbin təzyiqlərinə tab gətirdiyini və durmadan inkişaf etdiyini bildirib. Putin Çin lideri Si Cinpinin Moskvada gözlədiyini deyib.
"Rusiya Federasiyası ilə Çin arasındakı münasibətlər üçüncü ölkələrə qarşı yönəlməyib", - deyə çinli diplomat bildirib.
Putinin sözlərinə görə, Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2024-cü ilə qədər 200 milyard dollara çatacaq. 2022-ci ilin sonunda dövriyyə 190 milyard dollar təşkil edib.