Taliban Əfqanıstanın şimalında 23 nəfəri qamçıladı

 17:13 22.02.2023     413

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının tərəfdarları ölkənin şimalında yerləşən Sari Pul əyalətində 9-u qadın olmaqla 23 nəfəri nümayişkaranə şəkildə qamçılayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü Əfqanıstanın "Haşt-e Subh" qəzeti yerli mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, təqsirləndirilən şəxslər futbol stadionunun ərazisində zina, nikahdan əvvəl əlaqə, vətənə xəyanət, evdən qaçma və qumar oynamağa görə cəzalandırılıblar.

Fevralın 2-də Taliban tərəfdarları ölkənin cənubundakı Helmand əyalətinin 16 sakinini şallaqlayıb. Onlar oğurluq, zina və inzibati xətalarda ittiham olunublar.

Təqsirləndirilən şəxslərin hər biri 39-a qədər şallaq zərbəsi alıb.

Tunar Altunbay