Belarus DTK-ı xarici kəşfiyyata işləyən 10-dək dövlət qulluqçusunu saxladı
Belarus Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları ilin əvvəlindən xarici kəşfiyyat xidmətlərinə cəlb edilmiş 10-dan çox hüquq-mühafizə orqanlarının əməkdaşını və dövlət qulluqçusunu saxlayıb.
Redaktor.az TASS-a istindla xəbər verir ki, bu barədə sözügedən ölkənin Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) rəhbəri İvan Tertel məlumat verib.
“Xarici xüsusi xidmət orqanlarının hüquq-mühafizə orqanlarına və dövlət aparatına soxulmaq üzrə aqressiv fəaliyyətini nəzərə alaraq, yeri gəlmişkən, ilin əvvəlindən DTK 10-dan çox vətən xainini saxlayıb, milli maraqlara xeyli ziyan vuan bu təhdidləri neytrallaşdırmaq üçün kompleks tədbirlərin görülməsini tələb edirik”, - deyə o, BELTA agentliyinə bildirib.
Belarus Milli Assambleyasının Respublika Şurasının dövlət əleyhinə cinayətlərə görə cəzaları sərtləşdirən qanun layihəsinin müzakirəsinə həsr olunmuş iclasında çıxış edən. Tertel qeyd edib ki, Cinayət Məcəlləsinin 356-cı “Dövlətə xəyanət” maddəsi dövlət qulluqçularının bütün potensial həssas kateqoriyalarını əhatə etmir.
“Bununla əlaqədar olaraq, bütün hakimiyyət nümayəndələrini birləşdirən “dövlət vəzifələrini tutan məmurlar” kateqoriyasına qədər artırılmış məsuliyyətin genişləndirilməsini, bundan əlavə, dövlətə xəyanətə görə cəzanın sərtləşdirilməsini, müstəsna tədbirin - ölüm cəzasının tətbiqini təklif edirik ”,– DTK sədri xatırladıb.
O bildirib ki dövlətə xəyanətə görə ölüm cəzası “ABŞ, Çin, Misir, İran, Vyetnam, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və digər ölkələrin qanunları ilə nəzərdə tutulub. bəzi başqa dövlətlərdə tətbiq edilir.
"Müstəsna hallarda tətbiq edilən ölüm hökmü potensial xəyanətkarlar üçün ciddi çəkindirici vasitəyə çevriləcək. Biz bu tədbiri, ilk növbədə, dövlətə qarşı ağır cinayətlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbir kimi şərh edirik",- Tertel deyib.
Tunar Altunbay