"Rusiyanın bu addımı böyük səhvdir" - Bayden
ABŞ prezidenti Co Bayden Rusiyanın ABŞ-Rusiya Nüvə Silahlarına Nəzarət Üzrə Müqavilədə (START) iştirakını dayandırmaq qərarına sərt reaksiya verib.
Redaktor.az xəbər verir ki, "AP"nin məlumatına görə, ABŞ lideri belə bir addımı “böyük səhv” adlandırıb.
Bu, Putinin fevralın 21-də etdiyi çıxışından sonra Baydenin ilk sözləri idi. Artıq fevralın 22-də Federasiya Şurası Rusiya Federasiyasının strateji hücum silahları müqaviləsində iştirakına xitam verilməsi haqqında qanuna səs verib.
Belə bir addım ABŞ-ın Rusiyanın nüvə fəaliyyətləri üzərində nəzarətinə mənfi təsir göstərəcək.
Qeyd edək ki, Rusiya START müqaviləsində iştirakını dayandırıb.
Tunar Altunbay