Lavrov çinli həmkarı ilə Ukrayna barədə müzakirə aparmayıb - Zaxarova

 21:27 22.02.2023     374

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, Siyasi Büro üzvü Vanq Yi Ukrayna münaqişəsinin həllinə dair “Çin sülh planı”nı müzakirə etməyiblər.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova görüşü şərh edərkən deyib.

“Bəzi Qərb siyasətçilərinin və KİV-in müəyyən “Çin sülh planı” ilə bağlı açıqlamalarına diqqət yetirdik. Onlar həmişə olduğu kimi, real mənzərəni təhrif edirlər, eləcə də onun siyasi həllinə dair hər hansı ayrıca “plan”dan söhbət getmir”,– diplomat bildirib.

Tunar Altunbay