"Onların başlarında bir növ “qırmızı xətlər”, bəlkə də “qara kvadratlar” var” - Zaxarova

 22:04 22.02.2023     339

"Əgər beyinlərdə “qırmızı xətlər” varsa, deməli, beyin yoxdur".

Redaktor.az "İzvesiya"ya istinadla xəbər verir ki, bunu fevralın 22-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Litva prezidenti Gitanas Nausedanın Ukraynaya silah tədarükündə “qırmızı xətləri” pozmağa çağırışını şərh edərkən deyib.

Nausedanın sözlərini şərh edən Zaxarova deyib ki, onun fikrincə, başlarda “qırmızı xətlər” yox, beyinlər olmalıdır.

“Əgər beyinlərdə “qırmızı xətlər” varsa, deməli beyin yoxdur, bu kədərlidir. Litva prezidentinin və təkcə NATO ölkələrindəki rejimlərin deyil, Litva prezidentinin və bir çox digər Litva nümayəndələrinin bəyanatlarına əsasən, onların həqiqətən də başlarında bir növ “qırmızı xətlər”, bəlkə də “qara kvadratlar” var”, - Zaxarova brifinqdə deyib.

Qeyd edək ki, Nauseda Qərb ölkələrini fevralın 21-i ərəfəsində Kiyevə hərbi yardım məsələsində qətiyyətli olmağa çağırıb. Litva liderinin fikrincə, "qırmızı xətlər" beyinlərdədir, əslində isə yoxdur.

Turan İSMAYIL