Ukraynada keçmiş nazir və müavini SAXLANILDI
Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAP) keçmiş infrastruktur nazirini və onun birinci müavinini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətə 30 milyon dollardan çox ziyan vurmaqda ittiham edib.
Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü büronun mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, nazir 2015-ci ilin iyul ayında İnfrastruktur Nazirliyinin tarif şurasının sədri vəzifəsini də icra edən müavinlə birlikdə gəminin limanda rüsumların tutulmasına dair sərəncamın qəbulunu təmin edib.
Şöbədə saxlanılan şəxslərin adları çəkilmir, lakin 2015-ci ildə müvafiq vəzifələrdə Andrey Pivovarski və Vladimir Şulmeyster çalışıblar.
Tunar Altunbay