Tacikistanda baş verən 5,8 bal zəlzələ Özbəkistanda da hiss olundu
Tacikistan ərazisində 5,8 bal gücündə zəlzələ baş verib, onun əks-sədası Özbəkistanın demək olar ki, bütün bölgələrində hiss olunub.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyi yanında Seysmik Proqnoz Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilir ki, 23.02.2023-cü ildə Daşkənd vaxtı ilə saat 05:37-də Tacikistanda zəlzələ baş verib. Zəlzələ 5,8 maqnituda Daşkənddən 435 km cənub-şərq məsafədə 147 km dərinlikdə qeydə alınıb. Qeyd olunur ki, daha sonra Tacikistanda 4.5 və 4.2 bal gücündə 4 afterşok alınıb alınıb.
Mərkəzin araşdırmasına görə, Özbəkistanda təkanların gücü Fərqanə, Əndican və Namanqan vilayətlərində 4 bal, Daşkənd, Sırdərya və Cizzax vilayətlərində 3-4 bal, digər rayonlarda 3 bal təşkil edib.
Tələfat və dağıntılar haqqında məlumat yoxdur.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin araşdırmasına görə, Tacikistanda baş verən zəlzələnin gücü 6.8 bal olub.
Turan İSMAYIL