İsrail Qəzza zolağına zərbələr endirdi

 09:57 23.02.2023     283

İsrail raket buraxılışlarına cavab olaraq Qəzza zolağına zərbələr endirib.

Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti açıqlayıb.

"Hazırda ordu Qəzza zolağında zərbələr endirir", - deyə ordunun teleqram kanalında deyilir.

Daha əvvəl bildirilib ki, cümə axşamı gecəsi Qəzza zolağından İsrailə 6 raket atılıb, onlardan 5-i hava hücumundan müdafiə sistemləri tərəfindən ələ zərərsizləşdirilib, biri isə boş əraziyə düşüb.

Ölkənin digər şəhərlərində hava hücumu xəbərdarlığı sirenləri səslənib.

Məlumata görə, İsrail ordusu və polisinin İordan çayının qərb sahilindəki Nablus şəhərinə 10 fələstinlinin ölümü ilə nəticələnən reydinə cavab olaraq Qəzza zolağından edilən raket hücumlarına qarşı tədbir görülüb.

Həmidə İbrahimli