Rusiyada hərbi təyyarə inək fermasına düşdü - FOTO
Rusiya Müdafiə Nazirliyinin "Su-24" hərbi təyyarəsi Belqorod vilayətinin Valuyski rayonunda qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov sosial şəbəkədə məlumat paylaşıb.
"Müdafiə Nazirliyinin təyyarəsi Valuyski şəhər rayonunda qəzaya uğrayıb. Hazırda hadisə yerində istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir",- o yazıb.
Qladkovun sözlərinə görə, hadisənin səbəbləri araşdırılır, vəziyyət nəzarət altındadır.
"Təyyarə kəndin kənarında inəklərin saxlandığı fermanın yanına düşüb. Pilot katapult edib. Onun vəziyyəti araşdırılır",- TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadə bildirib.
Onun sözlərinə görə, təyyarə yerə çırpılan zaman yanıb.
"Təyyarənin düşdüyü fermanın binası yanır",- məlumatda qeyd olunub.
Tunar Altunbay