"Putinin ətrafında Ukrayna kəşfiyyatının agentləri var" - Kirill Budanov

 13:00 23.02.2023     271

“Rusiya Prezidenti Vladimir Putinin ən yaxın ətrafı arasında Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edənlər də var”.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

O, Putinin ətrafında Ukrayna kəşfiyyatının adamlarının olduğunu təsdiqləyib: “Sayı açıqlamayacağam. Amma Rusiyada durum faktiki olaraq hər gün pisləşir. Ona görə də bizimlə əməkdaşlıq etmək istəyən insanları tapmaq hər gün asanlaşır”.

Onun sözlərinə görə, əməkdaşlığa razı olan insanlar gələcəkdə normal yaşamaları barədə düşünürlər.

Budanov "Bu agentlərin Ukraynanı aldatmayacağına necə inanırsız?" sualını belə cavablandırıb:

"Bunu yoxlamaq bizim üçün çox asandır. Biz sözə yox, faktlara inanırıq".

Tunar Altunbay