Finlandiya Ukraynaya 3 "Leopard" göndərir
Finlandiya Kiyevə dəyəri 160 milyon avrodan çox olan yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya üç "Leopard 2" tankı göndərəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyindən bildirilib.
Nazirliyin bəyanatına görə, Kiyevə ağır zirehli texnikanın verilməsi qərarını hökumətin müvafiq təklifi əsasında ölkə prezidenti Sauli Niinistö qəbul edib.
Xatırladaq ki, yanvarın 25-də Almaniya hökuməti Ukraynaya 14 "Leopard 2" tankı göndərəcəyini və digər ölkələrə bu texnikanın təkrar ixracına icazə verəcəyini təsdiqləyib. Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, “Leopard 2” martın sonuna qədər Ukraynaya göndəriləcək. Böyük Britaniya, Norveç, Polşa, Slovakiya, ABŞ və Fransa da Kiyevə Qərb istehsalı olan tanklar vermək niyyətində olduqlarını bəyan ediblər.
Kiyev ilk partiya olaraq 12 ölkədən140-a qədər tank alacağını gözləyir.
Turan İSMAYIL